Çılpaq Reallığa Çağırış! Proletariat İctimai Həyatın Yaradacısıdır

In Açık Seçki, Devrim, Huruçtan Gazel, Kapitalizm
Sınıf dayanışması 5

Gündən-günə globallaşan, fərqli coğrafiyalardan on minlərcə insanın ölümünə səbəb olan və olmağa davam edən koronavirus epidemiyası, bizləri, inqilabi bir böhran fərqindəliyi üzərində düşünməyə çağırır! Sərmayənin öz prototipi olaraq yaratdığı dünyaya qarşı, təbiətin və insanın xilası üçün inqilabi bir böhran fərqindəliyini  təşkilatlandıraraq, mübarizə aparmaqdan başqa yolumuz yoxdur!

Sistemləşdirilmiş inqilabi bir böhran fərqindəliyini təşkil etmək  üçün aparılan müzakirələrin dərinləşdirilməsi və müştərəkləşdirilməsi məqsədilə, bugünkü böhran və inqilabi mübarizəyə dair çağırışımızı, aşağıdakı müddəalar vasitəsilə bütün inqilabçı ictimaiyyət ilə paylaşırıq!

Müddəa 1: Koronavirus epidemiyası, kapitalizmin prototipidir!

Koronavirus epidemiyası, yerkürəsində var olan bütün mümkün həyat ehtimallarına və insanın mövcudluğuna qarşı sərmayənin apardığı döyüşün bir nəticəsidir. Ekosistemin tarazlığının pozulması və məhv edilən bioloji müxtəliflik vasitəsilə yerkürəsi həyəcan təbili çalır! Koronovirus epidemiyası müddətində yaşadıqlarımız, təsadüfi bir fəlakətin keçici bir periodu deyil, bütün var olan təbii və ictimai həyat formalarının qarşısı alınmaz şəkildə istismarı və məhv edilməsi bahasına özünü var edən metalar dünyasının məşq prosesidir!

Müddəa 2: Bütün canlılar üçün başqa bir dünya mümkündür və vacibdir!

Virusun ortaya çıxdığı, təməli obyektə dayanan reallıq onu göstərir ki, kapitalizmin zəruriləşdirdiyi “meta” məntiqinin tənqidi əsas götürülmədən, hərhansı bir ekoloji mübarizədən söhbət gedə bilməz. Buna görə də, təbiətin məhv edilməsi ilə əmək istismarı arasındakı əlaqəni düzgün şəkildə qura bilən, ekoloji mübarizə ilə sinifi mübarizənin bir ahəng içində mövcud olduğunu qavraya bilən bir inqilabi böhran fərqindəliyinə ehtiyacımız var. Dünyanın sonunun gəldiyi mövzusundakı bədbin düçüncələrə qarşı çıxaraq, kapitalizmin sonuna və məhvinə fokuslanmış bir inqilabi fərqindəliyi sistemləşdirmək sinfi mübarizə perspektivinin mərkəzində yer almalıdır.

Müddəa 3: Sərmayə virus, kapitalizm isə epidemiyadır!

Epidemiya, global kapitalizmin 2008-ci ilin əvvəllərində məruz qaldığı iqtisadi böhran zəncirinin bir halqası halına çoxdan gəlmişdir. Qlobal sərmayə, durğunlaşan meta istehsalı və beynəlxalq sərhədlərin bağlanması nəticəsində azalmağa doğru gedən gəlirlilik dərəcəsini, proletariatın ən qırılqan kəsimlərini ölümcül xəstəlik şərtləri altında belə işləmək məcburiyyətində buraxaraq,  bütün ortaq ictimai qaynaqları nəzarəti altına alaraq, artırmağa çalışmaqdadır.

Müddəa 4: Dövlət, sərmayənin daxili müharibəsini təşkilatlandıran bir qurumdan başqa bir şey deyil!

Bütün ictimai xidmət öhdəliklərindən sıyrılmış kapitalist dövlət, epidemiyanın yaratdığı problemləri, tamamilə ictimaiyyətin sadəcə müəyyən bir kəsiminə fokuslanaraq həll etməyə çalışmaqdadır. Paramilitarlaşmış polis, geniş şəkildə yayılmış nəzarətdə saxlama siyasətindən doğan bir “vətəndaş müharibəsi” məntiqi ilə idarə olunan kapitalist dövlət, global sərmayənin neoliberal sinif strategiyasına uyğun bir formada, proletar kütlələrin işləməyə məcbur edilməsi və mümkün ictimai cəhdlərin bastırılmasına qarşı hazırlıq içərisindədir.

Müddəa 5: Proletariat ictimai həyatın yaradıcısıdır!

Onillərdir mövcudluğunu qoruyub saxlayan neoliberal siyasət nəticəsində getdikcə mülksüzləşdirilən, hər hansı bir təminat olmadan işləməyə və yaşamağa məcbur buraxılan proletar kütlələr, “#Evdəqal” çağırışlarının sadəcə üst siniflərə xitab etdiyi siyasi bir kontekstdə, aclıq və xəstəlik qısqacında işləməyə məcbur buraxılmaqdadır. “İxtisassız kadr”,  “müvəqqəti personal”, “köməkçi personal/işçi” kimi ideoloji  yarlıqlarla dəyərsizləşdirilən və sərmayə toplanmasının davamlılığını qorumaq bahasına həyatları gözdən çıxarılan proletar kütlələr, ictimai həyatın yaradıcılarıdır.

Müddəa 6: Kapitalizmlə mübarizə, patriarxat ilə mübarizədən başlayır!

Halhazırda doğurqanlıq və qarşılığı ödənməyən ev daxilindəki əməkləri ilə ictimai istehsal işçiləri olaraq adlandırılan və proletar kütlələr arasında, istismar, təminatsız iş və həyat şəraitini çox daha dərindən təcrübədən keçirən qadınlar, epidemiya halında evə daha çox həbs edilməkdə, ev daxili əməkləri daha çox istismar edilməkdə və artan ailədaxili fiziki istismar ilə sosiumda varlıqları daha çox təhlükəyə məruz qalmaqdadır. Bu, kapitalistlərin və kapitalist dövlətlərin ictimai nizamı və istehsalın davamlılığını qorumaq üçün, patriarxatı və heteronormativlik qavramını qadınları və fərqli cinsi yönəlimlərə sahib fərdləri təzyiqə məruz qoyacaq formada daha çox istifadə edəcəkləri mənasına gəlir. Bu səbəblə, qadınların müvcud vəziyyətdən xilası və LGBTİ+ fərdlərin azadlığı üçün aparılan mübarizələr və bu mövzuda siyasi bir strategiyaya olan ehtiyacımız, bu şərtlər altında daha çox hiss edilməkdədir.

Müddəa 7: Sərhədsiz, istismarsız, azad bir dünya!

Kapitalizm böhranının geniş yayılan imperialist mübarizə strategiyaları ilə idarə edilməyə çalışıldığı bir tarixi kontekstdə, milyonlarla insan öz yurdundan məhrum edilmiş, mülksüzləşdirilərək mühacirət etmək məcburiyyətində qalmışdır. Köçmə prosesində və sığınma aldıqları ölkələrdə heç bir yaşam təminatına sahib olmadan qul kimi çalışan, yaşamaq və həyatını qurmaq üçün mübarizə aparan insanlar, kapitalist dövlətlərinin irqçi və milliyətçi ideologiyalardan bəslənən siyasətləri nəticəsində epidemik xəstəliyin həyati təhlükəsi altında, taleyin ümidinə buraxılmış vəziyyətdədirlər.  Bu səbəblə, mühacirlik məsələsini sinfi mübarizənin ən önəmli ünsürlərindən biri olaraq qavrayan, inqilabi bir böhran fərqindəliyi vasitəsilə qlobal mübarizəni genişləndirən bir siyasi sistematik təşkilatlanmağa həmişəkindən daha çox ehtiyacımız var.

Müddəa 8: Bizi gözləyən şeylərə, inqilabi bir böhran fərqindəliyi ilə hazırlaşmalıyıq!

Kapital hökmranlığının yaratdığı belə bir dünyaya qarşı, inqilabi bir böhran fərqindəliyinə və xilas toxumlarını əkən bərabərlik təcrübəsinə olan ehtiyacımız tragedik bir fakt olaraq qarşımızda dayanmaqdadır. Dünyanın fərqli coğrafiyalarında ümidverici və innovativ həmrəylik praktikalarının sınaqdan keçirilməkdə olduğu, ölüm və aclıq qısqacına alınan proletar kütlələrin dağınıq da olsa, “aclıq üsyanları”na cəhd etdikləri və həmçinin yeni bir dünyaya aid olan kollektiv fərqindəliyin müstəqil şəkildə təşkilatlandığı bir tarixi perioddayıq! Böyük miqyaslı üsyan dalğaları ilə müşayət olunan bu tarixi perioda inqilabi bir böhran fərqindəliyi ilə yön verməyin yollarını daha çox müzakirə etmək və üzləşəcəyimiz şeylərə qarşı hazırlıqlı olmaq inqilabi kütlənin məsuliyyətindədir!

Müddəa 9: Beynəlmiləşmə insanlığın xilasıdır!

Koronavirus epidemiyası, qlobal kapitalizmin bir simptomu olaraq qısa müddətdə qloballaşmış və bütün dünya xalqlarını təhdid edən bir böyüklüyə çatmışdır. Kapitalist dövlətlərin sərhədləri bağlama siyasəti ilə idarə etməyə çalışdığı bu qlobal problem, dünya səviyəsində mübarizənin vacibliyinin hələ də aktuallığını qoruduğuna dair bir sübutdur. 21-ci əsrin kommunizmi, şübhəsiz bir şəkildə beynəlxalq olmaq məcburiyyətindədir. Dünya proletariyası və əzilən xalqlar arasında həmrəylik körpüsünü yaradacaq beynəlxalq bir inqilabi təşkilatlanma təcrübəsinə olan ehtiyacımız danılmazdır.

Müddəa 10: Yüzilliyin kommunizminə doğru!

Bütün bu tarixi periodlarda inqilabi mübarizənin ən önəmli ziddiyəti odur ki, kütlələrin müstəqil şəkildə hərəkətə keçməsi sərmayə qarşısında inqilabi bir təşkilatlanmadır. Proletar kütlələrin parçalanmışlığına qarşı olan və proletariat içindəki daxili müharibəni qlobal sərmayəyə qarşı bir müharibə olaraq yenidən təşkilatlandıran  inqilabi bir əməli addımı müəyyənləşdirən müddəalar, 21-ci əsrdə kommunizmin gələcəyini də müəyyənlədirəcəkdir.

Müddəa11: Əsl məqsəd, dünyanı dəyiştirməkdir!

175 il əvvəl Marks, əsl vacib məsələnin dünyanı dəyişdirmək olduğunu xatırladaraq inqilabi düçüncənin, əməli addımla olan əlaqəsini gündəmə gətirmişdi. Günümüzün inqilabi kütləsinin, bu şüarı qavrayıb və özününküləşdirərək, beyin-qol əməyi arasındakı fərqləndirməni yox edən bir mübarizə perspektivini mənimsəməsi labüddür. Proletariat arasında həmrəyliyi yaymaq, fərdi təcrübələr və fərdi təşkilatlanma ilə, inqilabi həmrəylik təcrübələrini bir araya gətirmək, inqilabi mübarizənin ən vacib gündəmi olmalıdır.

Köstəbək Kollektiv

You may also read!

photo6014624544817526051

Operasyonlarınızla UNUTTURAMAZSINIZ!

Devrimcilere karşı yapılan operasyonlar, kapitalist sömürü ve baskı düzeninin dümenini elinde tutan AKP-MHP faşist bloğunun ne yönetememe krizini, ne

Read More...
primitive accumalation women body

“Ursprüngliche Akkumulation”nun Sürekliliği, Dolaylı Tahakküm ve Devlet-Siyavej Azeri

Karl Marx’ta “ursprüngliche akkumulation” kavramının ne anlama geldiği konusunda Marksist yazında ve tartışmalarda iki ana yorumdan söz edilebilir. Bir

Read More...
devrimci bilinç 1

Bangek Ji Bo Rastiya Tazî! Proleterya Afirînerê Jiyana Civakî ye!

Peroka koronavirusê, ku her diçe globaltir dibe û heta vê rojê li erdnîgarên cihê ên cîhanê jiyana bi dehan

Read More...

Mobile Sliding Menu